2050-ci ilə gedən davamlı ekoloji yolda əsas element əsasən bitkilərdən təşkil olunan pəhrizdir.
Bir sıra sağlam pəhrizlər var, amma sonuncu elmi məlumatlara əsasən, onların hamısında ümumi olan şey bitki qidasının üstünlük təşkil etməsidir.
Bakıvaxtı.az aztibb.az-a istinadla xəbər verir ki, alimlərin fikrincə, əgər dünya iqlim dəyişikliyi, su çatışmazlığı və ətraf mühitin çirklənməsi ilə mübarizəyə hazırlaşırsa, o zaman insanların Fleksitarian pəhrizinə keçməsi lazımdır.
Bəziləri bunu Aralıq dənizi pəhrizi adlandırır. Alimlər bildirir ki, əgər dünya bu pəhrizi saxlasaydı, kənd təsərrüfatından gələn istixana qazı emissiyaları iki dəfədən artıq azalardı.
Lakin pəhrizin dəyişməsiylə yanaşı, kənd təsərrüfatı üsullarını da dəyişdirmək lazımdır. Mövcud əkin sahələrinin məhsuldarlığını artırmaq, su ehtiyatlarından rasional istifadə, gübrə istifadəsini minimuma endirmək və onları təkrar emalda tətbiq etmək.
Mütəxəssislər sağlamlıq üçün ən faydalı olan meyvə, tərəvəz və paxlalı bitkilərin məhsuldarlığının yaxşılaşdırılmasını nəzərdən keçirib. Həmçinin sudan istifadənin effektivliyinin yüksəlməsinə və gübrələrin utilizasiyasına diqqət çəkilib.
Tədqiqatçılar həmçinin hesablayıblar ki, əgər istifadə olunmayan qida miqdarını iki dəfə azaltsaq, o zaman kənd təsərrüfatının ətraf mühitə təsiri 16% azalacaq.
















