• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Amerika və İran bir-birindən nə istəyir?

DÜNYA

19 Iyun 2023 | 17:37 | Müəllif: Qalib İbrahimoğlu

Amerika və İran bir-birindən nə istəyir?

"ABŞ və İran nümayəndələri Oman dövlətində qapalı danışıqlara başlayıblar. Tərəflərin bir-birlərindən tələb və istəkləri var".

Bu barədə Bakıvaxtı.az-a "Atlas" Araşdırımalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, ABŞ İranda həbsdə saxlanılan vətəndaşlarının sərbəst buraxılmasını istəyir: "İrandan uranın zənginləşdirlməsinin 60 faiz həndəvərində və beynəlxalq aləmin nəzarəti altında həyata keçirməsi tələb olunur. Tehrana bağlı qüvvələr Suriya və İraqda ABŞ-a bağlı qüvvələrə qarşı təxribatlara son qoymalıdırlar. İran Rusiyaya ballistik raketlər verməməlidir. Həmçinin, İran atacağı addımların qarşılığında Qərb banklarındakı maliyyə vəsaitləri üzərindən sanskiyaların götürülməsini istəyir. Tehran ABŞ-ın ümumilikdə İrana qarşı iqtisadi sanksiyaların yumşalmasını da tələb edir".

E.Şahinoğlu qeyd edib ki, danışıqlarda daha çox Tehran maraqlıdır: "Sanksiyalar İran iqtisadiyyatını taqətdən salıb. Tehran yenidən Vaşinqtonla nüvə anlaşmasının imzalanmasına çalışır. ABŞ prezidenti Co Bayden də Ağ Evin keçmiş sahibi Barak Obamanın dövründə olduğu kimi Tehranla saziş imzalamağa həvəs göstərir. Ancaq Baydenin qarşısında iki güc var. ABŞ-dakı sağ mühafizəkar dairələr və Vaşinqtonun strateji müttəfiqi olan İsrail İranla istənilən razılaşmanın imzalanmasının əleyhinədirlər. Çünki, Tehran nüvə anlaşması imzaladıqdan sonra uranın zənginləşdirməsindən imtina edə bilər”.

Politoloq hesab edir ki, ancaq bölgədəki terrorçu qrupları maliyələşdirməkdən və silahlandırmaqdan imtina etməyəcək: “Bu isə ABŞ-ın bölgədəki müttəfiqlərinə, o cümlədən İsrailə təhdid yaradır".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026