• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Fransa iğtişaşlarında həbs olunanların SAYI AÇIQLANDI

DÜNYA

19 Iyul 2023 | 13:25 | Müəllif: Qalib İbrahimoğlu

Fransa iğtişaşlarında həbs olunanların SAYI AÇIQLANDI

Fransada iyunun sonlarında və iyulun əvvəlində baş vermiş iğtişaşlarda iştirak edən mindən çox şəxs həbs cəzasına məhkum edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Erik Düpon-Moretti RTL radiostansiyasının efirində deyib.

Onun sözlərinə görə, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.

Nazir qeyd edib ki, övladları iğtişaşlarda iştirak edən valideynlərin məhkəmə prosesləri yaxın günlərdə başlayacaq. Onun dediyinə görə, valideynlik hüququnu həyata keçirə bilən, lakin bunu etməyən insanlar uşaqların tərbiyəsini təhlükə altında qoyur: "Cinayət məcəlləsində onları buna görə cəzalandırmaq imkanı verən maddə var”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026