• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycanlı müəllim universitetdən qovuldu

DÜNYA

18 Avqust 2023 | 13:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı müəllim universitetdən qovuldu

Tehranın Əllamə Universitetinin müəllimi, Güney Azərbaycanın Xoy şəhərindən olan sosioloq Mehdi Xoyi işdən uzaqlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə azərbaycanlı müəllim sosial media hesabında paylaşım edib.

“Mən Əllamə Universitetinin sosiologiya müəllimi Mehdi Xoyi bu günə kimi haqsızlığın qarşısında susmamış, kimsəyə bac verməmişəm. Hər zaman xalqın və tələbələrimin yanında olduğum üçün universitetdən qovuldum”, - müəllim yazıb.

Qeyd edək ki, 2022-ci ilin sentyabr ayında İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və tələbələrin həbsinə etiraz edən onlarla müəllim işdən çıxarılıb. Onların bir çoxuna ”hökumətə qarşı təbliğat” ittihamı irəli sürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR