Amerikalı Villi Cozef Kansel Ukraynada Rusiyaya qarşı döyüşlərdə həlak olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Anası Rebekka Kabreranın sözlərinə görə, 22 yaşlı Kansel Ukraynaya martın 12-13-də Polşa vəsitəsilə gedib.
“O getmək istəyirdi, çünki Ukraynanın nə uğrunda döyüşdüyünə inanırdı. O, müharibənin bura gəlməsinin qarşısını almaq istəyirdi”, - anası bildirib.
Kabrera oğlunun meyitinin hələ də tapılmadığını deyib.
ABŞ Dövlət Departamentindən bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılır.
















