• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ananın 16 yaşlı qızı evdən qovması ilə bağlı AÇIQLAMA

HADİSƏ

22 Fevral 2024 | 12:13

Ananın 16 yaşlı qızı evdən qovması ilə bağlı AÇIQLAMA

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qaradağ rayonunda ananın 16 yaşlı qızını evdən qovması barədə yayılan xəbərlərlə bağlı yeni açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, qurumun mətbuat katibi Teymur Mərdanoğlu qeyd edib ki, ana qızını evdən qovmadığını deyib:

"Komitə tərəfindən Qaradağ rayonunun, Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəb ilə əlaqə saxlanılıb. Məktəb rəhbərliyi tərəfindən uşağın anası ora dəvət olunub. Ana deyib ki, qızını evdən qovmayıb, sadəcə rəfiqəsigildə qalıb. Məktəbdə bərbər kursunda təhsil alan yeniyetmə də evdən qovulması məsələsini təkzib edib. Anasının onu evdən qovmadığını deyib”.

T.Mərdanoğlu məsələnin komitənin nəzarəti altında olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən gün “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan qızı anasının evdə qovduğunu və bu səbəbdən müxtəlif ünvanlarda gecələməli olduğu barədə paylaşım edib. Mehriban Zeynalovanın paylaşımından sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələni nəzarətə götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026