• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ancelina Coli çağırış etdi

MƏDƏNİYYƏT

22 Sentyabr 2022 | 12:42

Ancelina Coli çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) xoşməramlı səfiri və aktrisa Ancelina Coli beynəlxalq ictimaiyyəti daşqından zərər çəkmiş Pakistan xalqı üçün daha çox işlər görməyə çağırıb.

Bakıvaxtı.az  xəbər verir ki, daşqından zərər çəkmiş insanlara kömək etmək üçün Pakistana gələn Coli paytaxt İslamabadda Milli Daşqına Nəzarət və Koordinasiya Mərkəzində (NFRCC) səlahiyyətlilərlə görüşüb.


Coli burada verdiyi açıqlamada daha əvvəl belə bir fəlakət görmədiyini ifadə edərək, ətraf mühitə daha az zərər verən ölkələrin təbii fəlakətlərin və ölümlərin ən ağırını yaşadıqlarını bildirib. 

Humanitar ehtiyacların əhəmiyyətinə diqqət çəkən Coli beynəlxalq ictimaiyyəti daşqından zərər çəkmiş Pakistan xalqı üçün daha çox işlər görməyə çağırıb.

İyunun 14-dən Pakistanda yağan musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1500-dən çox insan həlak olub, 33 milyondan çox insan zərər çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026