• Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Anlayanlar bilir, cahillər daş-qalaq edirdilər, amma…-  Psixoloq

CƏMİYYƏT

15 Avqust 2022 | 16:56 | Müəllif: Qalib İbrahimoğlu

Anlayanlar bilir, cahillər daş-qalaq edirdilər, amma…- Psixoloq

Bu gün internet mühitində ən populyar layihələrdən biri sosial şəbəkələrdir. Sosial şəbəkə istifadəçiləri idarə etdikləri səhifələrə uyğun postlar və videolar hazırlayıb yaymaqda azaddır. Lakin günümüzdə ən ciddi problemlərdən biri sosial şəbəkə istifadəçilərinin mütəxəssis qismində insanları yönləndirməsidir.

Ən çox hazırlanan post və videolar isə kişi-qadın münasibətlərindən bəhs edir. Sözügedən post və videolar yetkin insanlara təsir etməsə də, gənclərdən yan keçmir.

Bu barədə Bakıvaxtı.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, bu gün sosial şəbəkə istifadəsi ilə əlaqədar konkret olaraq qaydalar yoxdur: “Bütün dünyada geniş vüsət almış şəbəkədir. Hər kəs seçimində sərbəstdir, izləməkdə və təqdim etməkdə. Kütlə psixologiyası təsiri əlbəttə ki, var. Trendə çevrilən geyimlər, hekayələr, müxtəlif peşələrlə bağlı təqdimatlar psixologiya sahəsindən də yan keçməyib. Azərbaycanda bu sahədə ilk olaraq psixoloq sahəsində mən başladım. Müxtəlif psixoloji mövzulara toxunaraq əslində maarifləndirici mesajlar ötürürdüm. Çünki danışılanlar radioda, tv proqramlarda standart, şablon sözlərdən ibarət psixoloji sindromlar idi. Amma danışılmayan daha dərin psixoloji sindromlarlarla bağlı mövzular var ki, "mentalitet" adı altında yatır. Kimsənin danışmadığı uşaqlarda və yeniyetmələrdə cinsi tərbiyə, qadınlarda vaginizm sindromu, cinsi soyuqluq, masturbasiya, bəylərdə erkən boşalma və s. kimi mövzulara toxunaraq, bunların psixoloji pozuntu olması mesajlarını ötürürəm. Əlbəttə ki, anlayanlar bilir, cahillər bütün əsrlərdə olduğu kimi şərhlərlə daş qalaq edirdilər. Əsas da onların anlamaları üçün lazımi və abartılı olmayan, ağılabatan və eyni zamanda savadlı cümlələr seçmək müşkül məsələdir”.

S.Bağırova qeyd edib ki, psixoloq bir söz cərrahıdır: “Amma çətin olsa da məqsəd baş tutdu. Digər psixoloqlar da zamanla bu trendə qoşuldular. Ola bilər cəsarətli çıxışlarım bir çoxuna təkan verdi. Əlbəttə ki, bütün sahələrin savadlısı və savadsızı var. Məhz tanınmaq üçün çıxış edənlər də var. Burada seçim dinləyiciyə qalır. Deyirlər kütlənin gözü tərəzidir, amma bəzən müşahidə edirəm ki, kütlə də digər kütləyə qoşularaq təsirə düşə bilir”.

Onun sözlərinə görə, seçimdə diqqətli olmaq fərdi inkişafa bağlıdır. Savadlı, həyata baxışı geniş olan insan istər musiqi, istər dost , istər psixoloq, istərsə yeməkdə də seçicidir: “Çünki dünyanı cahillikdən çox cəhalət idarə edir”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026