• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Yeni smartfon belə olacaq - FOTO

CƏMİYYƏT

14 Sentyabr 2022 | 16:26

Yeni smartfon belə olacaq - FOTO

Snapdragon 8 Gen 2 çipsetindən istifadə edən ilk telefon xatırlayırsınızsa, iyul ayında buraxılan iQOO 10 Pro Snapdragon 8+ Gen 1 çipsetlə təchiz edilmiş ilk smartfonlardan biri idi.

Belə görünür ki, Qualcomm-un yeni nəsil çipset Snapdragon 8 Gen 2 də aparıcı telefon istehsalçılarından biri olacaq. Çünki şirkətin bu ilin sonuna qədər satışa çıxaracağı iQOO 11 seriyalı telefonların Snapdragon 8 Gen 2 çipsetindən güc alan ilk smartfonlar arasında olacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, Digital Chat Station tərəfindən paylaşılan məlumata görə, iQOO 10 seriyasında olduğu kimi 11 seriyasında da ən son Snapdragon çipsetini istifadə edən model Pro modeli olacaq. iQOO-nun yeni flaqman smartfonlarını nə vaxt təqdim edəcəyi hələlik bəlli deyil. Ancaq indiyə qədər verilən məlumatlar noyabr ayına işarə edir. Bu söz-söhbətlər doğrudursa, təxminən üç ay sonra Snapdragon 8 Gen 2 ilə ilk iQOO modelini görəcəyik. Digər tərəfdən, yeni iQOO modelləri təkcə çipsetləri ilə deyil, həm də ekranları ilə iddialıdır.

Məlumatlara görə, iQOO yeni flaqman telefonlarında Samsungun yeni nəsil E6 AMOLED displeylərindən istifadə edəcək. Bu, həm ekran keyfiyyətini yaxşılaşdıracaq, həm də batareyanın ömrünü uzadacaq.

Aytac Aslan 


Yeni smartfon belə olacaq - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026