İsveçrənin energetika naziri Simonetta Sommaruga Avropadakı enerji böhranının həlli kimi "birlikdə duş qəbul etməyi" təklif edib.
Bakıvaxtı.az xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarından sonra Avropada başlayan enerji böhranı ilə mübarizə üçün hakimiyyətdən müxtəlif təkliflər gəlməkdə davam edir.
Nəhayət, İsveçrənin energetika naziri Sommaruqa elektrik enerjisinə qənaət etmək üçün “birlikdə duş qəbul etmək” təklifinə diqqət çəkib. Sommaruga enerjiyə qənaət etmək üçün "İki nəfərlə duş qəbul etməyi" həmçinin enerjiyə qənaət etmək üçün "evdə temperaturu aşağı salmağı, iş saatı bitdikdə işıqları söndürməyi, elektron cihazları boş yerə yanılı qoymamağı" tövsiyə edib.
Sommaruga təklifindən sonra gələn tənqidlərə, "Etiraf etməliyəm ki, müəyyən yaşdan sonra iki nəfər üçün duş qəbul etmək rahat olmayacaq" deyib. Almaniyanın Baden-Vürtemberq əyalətinin prezidenti Vinfrid Kretçman bir müddət əvvəl enerji böhranı ilə üzləşdiklərini bildirərək "İnsanlar hər zaman duş qəbul etmək əvəzinə nəm salfetlərdən istifadə edərək pula qənaət edə bilərlər" demişdi. Evinin damında nəhəng günəş enerjisi sisteminin olduğunu və elektriklə işləyən avtomobil sürdüyünü deyən Kretschmann evinin yalnız bir otağını qızdırdığını bildirmişdi. Duş qəbul edib-etmədiyi soruşulan Kretschmann "Hər zaman duş qəbul etmək məcburiyyətində deyilsən. Axı nəm salfetlər var, bu, faydalı ixtiradır" deyərək, daha da yaxşı olduğu fikrini müdafiə etmişdi.
Aytac Aslan
















