• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Antik samovar oğurlayan keçmiş məhkum saxlanıldı

CƏMİYYƏT

17 Aprel 2021 | 10:18

Antik samovar oğurlayan keçmiş məhkum saxlanıldı

Ağsuda şəhər ərazisində yerləşən fərdi yaşayış evindən antik samovar və elektrik kabellərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən Ağsu şəhər sakini, əvvəllər də məhkum olunmuş Elçin Eyvazov saxlanılıb.

Oğurladığı samovar onun yaşadığı ünvandan maddi sübut kimi götürülüb. Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır.


Antik samovar oğurlayan keçmiş məhkum saxlanıldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026