• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Aparat rəhbəri Bulvar İdarəsinin sədri oldu - DOSYE

CƏMİYYƏT

29 Yanvar 2024 | 16:01 | Müəllif: Qalib İbrahimoğlu

Aparat rəhbəri Bulvar İdarəsinin sədri oldu - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub.

Bakıvaxtı.az yeni sədrin dosyesini təqdim edir:

Qeyd edək ki, X.Ağalarov bu təyinata qədər  Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Ondan əvvəl isə Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbələrində müxtəlif vəzifələrdə çalışıb.

2013-cü illdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirən X. Ağalarov 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində (LSE) magistr təhsili alıb. Eyni zamanda Böyük Britaniyanın Kembric Universitetinin dövlət siyasəti ixtisası üzrə magistr proqramını bitirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026