• Bakı 15° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.8375

    RUB - 0.0175

Ararat Mirzoyan Bakıya gələ bilər

COP29

30 Oktyabr 2024 | 09:18

Ararat Mirzoyan Bakıya gələ bilər

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana dəvət göndərilib. Bir neçə gün öncə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan dəvət məktubunun alındığını təsdiqləyib.

Ancaq o, hələlik iştirakla bağlı qərar verilmədiyini bildirib. Nazir müavininin sözlərinə, hazırda bu məsələ hökumətdə müzakirə olunur.

Bakıvaxtı.az xəbər verir ki, "Hraparak" qəzeti Ermənistanın COP29-da iştirakı ilə bağlı bir sıra məsələlərə toxunub.

Qəzetin məlumatına görə, rəsmi mənbələr Ararat Mirzoyanın Bakıda keçiriləcək COP-29 iqlim konfransında iştirak etmək niyyətində olduğunu bildirir. Ancaq yekun qərar hələlik verilməyib.

Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl Ermənistanı COP29-a dəvət etdiyini açıqlayıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Muxtar Babayev (COP29-un prezidenti) Ermənistanın xarici işlər nazirinə dəvət məktubu göndərib.

O qeyd edib ki, hər iki ölkənin rəsmi diplomatik münasibətləri olmadığı halda bu məktubun göndərilməsi Azərbaycanın xoşməramlı və inklüziv yanaşmasının nümunəsidir. Prezidentinin köməkçisi əlavə edib ki, COP29 qlobal səydir və həlledici danışıqlar “Ermənistan və Azərbaycanın hüdudlarından kənara çıxır”. "İndi Ermənistan hökumətinin qərar vermə vaxtıdır", - H.Hacıyev vurğulayıb.


SON XƏBƏRLƏR

29 Oktyabr 2024