• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Arda Turan bankirə 13 milyon dollar verib?

DÜNYA

28 Noyabr 2023 | 08:55

Arda Turan bankirə 13 milyon dollar verib?

Son zamanlar futbol aləmində “fond” qazancı ilə bağlı hər gün yeni bir detal ortaya çıxır.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Arda Turanın “Seçil Erzana 13 milyon 900 min dollar verdim” açıqlaması isə hər kəsi çaş-baş salıb. Bu pul süni intellekt olan otağa yerləşdirilib.

“Denizbank”ın Florya filialında bank müdiri işləyən Seçil Ərzanın “Qalatasaray” klubunun futbolçuları ilə zamanla güclü etimad bağı quraraq onları aldatdığı iddia edilir. Bu futbolçular arasında Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Selçuk İnan kimi tanınmış isimlər var.

Erzanın bu şəxslərdən “fond investisiyası” adı ilə nağd pul yığdığı deyilir. Fatih Terim vəziyyətlə bağlı verdiyi açıqlamada "Sözügedən fondla heç bir əlaqəm yoxdur. Seçil Erzana bu fond üçün heç vaxt pul verməmişəm" deyib.

Futbol ictimaiyyətində böyük əks-səda doğuran bu fırıldaq işində ən çox danışılan ad isə Arda Turan olub.

Turan bankir Seçil Erzana 13 milyon 900 min dollar nağd pul verdiyini və bu vəziyyətin ictimai müzakirələrə səbəb olduğunu bildirib.

Əksəriyyət bu məbləğdə pulun necə verildiyi ilə maraqlanlır. Bu suallara cavab olaraq pulun ölçüsünü göstərmək üçün süni intellektli otağa 13 milyon 900 min dollar yerləşdirilib.

Murad Məmmədli


SON XƏBƏRLƏR

26 Iyul 2024