• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Arvadına işgəncə verən Müxalif Balayev həbsdə öldü

CƏMİYYƏT

09 Aprel 2024 | 19:17 | Müəllif: Subhan Mahmudov

Arvadına işgəncə verən Müxalif Balayev həbsdə öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Bakıvaxtı.az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Müxalif Balayev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Müxalif Balayev arvadına işgəncələr veribmiş.

Hətta M.Balayev bu işgəncələrdən bezən həyat yoldaşı ondan boşanmaq istədiyi üçün onu öldürmək niyyəti ilə bıçaqlayıb. Lakin həkimlər qadının həyatını xilas ediblər.

Müxalif balayev məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026