• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

ASİMDER: Türkiyə qardaşı Azərbaycanın yanındadır

SİYASƏT

30 Yanvar 2023 | 10:49

ASİMDER: Türkiyə qardaşı Azərbaycanın yanındadır

“Azərbaycanın İrandakı səfirliyində baş verən terror hadisəsini qətiyyətlə qınayırıq”.

Bunu Bakıvaxtı.az-a Əsassız Erməni İddialarına qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) Türk Cümhuriyyətlərindən məsul başçı köməkçisi, ehtiyatda olan polkovnik Akif Qasımov deyib.

Onun sözlərinə görə, ASİMDER Mərmərə bölgəsi rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşdə Azərbaycanın İran səfirliyində baş verəh terror aktı pislənilib.

"Təhlükəsizlik rəisinin şəhid olduğu Azərbaycanın Tehran səfirliyinə qarşı törədilən dəhşətli hücumu şiddətlə qınayırıq. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralananlara şəfa diləyirik. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır", - deyə A.Qasımov vurğulayıb.

Akif Qasımov onu da əlavə edib ki, vitse-prezidenti olduğu Osmanlı Turan Federasitası da baş verənləri pisləyən bəyanat yayıb.

"Azərbaycanın Tehran səfirliyinə edilən xain hücumu qətiyyətlə pisləyirik. Şəhid qardaşımız, baş leytenant Orxan Əsgərova Allahdan rəhmət, yaxınlarına və qardaş Azərbaycan xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik. Azərbaycanın sevinci Türkiyənin sevinci, Azərbaycanın kədəri Türkiyənin kədəridir", - deyə bəyanatda qeyd olunur.

Murad Məmmədli


SON XƏBƏRLƏR