• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

AŞPA qərəzli mövqeyini dəyişdirmir: Belə olan halda...

SİYASƏT

26 Fevral 2024 | 11:20 | Müəllif: Qalib İbrahimoğlu

AŞPA qərəzli mövqeyini dəyişdirmir: Belə olan halda...

 “Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda 7 fevral tarixində keçirilmiş prezident seçkisini müşahidə etmək istəyi bu təşkilatın aranı qarışdırmaq niyyətindən doğurdu”.

Bu sözləri Bakıvaxtı.az-a AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.

Onun sözlərinə görə, Azərbaycan etibarlı beynəlxalq münasibətlərin iştirakçısı olaraq, hər bir aktorun davranışını ciddi təhlil edir:

“Biz gördük ki, Azərbaycan tərəfindən uzun müddət konstruktiv cəhdlər və təkliflər edilsə də, AŞPA öz qərəzli mövqeyini dəyişdirmir. Ötən ilin okytabr sessiyasında “Dağlıq Qarabağ” ifadəsini işlətdilər. Guya Azərbaycanda etnik təmizləmələrin aparılmasından bəhs etdilər. Reallıqları qəbul etmirlər ki, daha “Dağlıq Qarabağ” yoxdur, Azərbaycanın Qarabağ bölgəsi var, Azərbaycan heç zaman etnik təmizləmə həyata keçirməyib, əskinə etnik təmizləməyə məruz qalıb. Bunları inkar etməklə, ikili standarları gündəmə gətirməklə, ən əsası bu çirkin məqsəddən əl çəkməməklə öz qərəzli mövqelərini müdafiə edirdilər”.

S.Seyidov qeyd edib ki, AŞPA öz qərəzli mövqeyini gündəmə gətirirsə, deməli, Azərbayana gəlib, ölkəmizdə həmin qərəzli mövqe əsnasında da məruzələr fikirlər, yanaşmalar ortaya qoyacaqdılar:

“Biz də bunu öncədən başa düşdüyümüz halda niyə onları ölkəmizə dəvət etməliyik?!”

Ayyət Əhməd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR