• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ATƏT müşahidəçiləri Göygöldə seçkini izləyir

CƏMİYYƏT

01 Sentyabr 2024 | 18:07 | Müəllif: Gülşən Şərif

ATƏT müşahidəçiləri Göygöldə seçkini izləyir

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri Göygöl rayonunda növbədənkənar parlament seçkilərini izləyir.

Bakıvaxtı.az-ın məlumatına görə, beynalxalq müşahidəçilər Göygöl rayonunun Köşkü kəndində 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin 13 saylı məntəqəsində olublar.

Qeyd edək ki, 13 saylı məntəqə Göygölün ucqar Köşkü kəndində yerləşir. Məntəqədə seçici aktivliyi müşahidə olunur.

ATƏT/DTİHB-nin müşahidə missiyası gün boyunca qərb bölgəsinin müxtəlif məntəqələrində müşahidələr aparıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026