Astroloqlar avqust ayının 'bədbəxt' 3 bürcünü açıqlayıb. Veneranın retrosiyası onları üzəcək.
Bakıvaxtı.az xarici KİV-ə istinadla xəbər verir ki, iyulun 22-də başlayan və avqust ayı boyunca davam edəcək Venera retrogradı bəzi işarələr verir. Belə ki, bəzi bürclər eşqdə, bəziləri isə karyeralarında çətinliklərlə üzləşəcəklər. Avqust ayında uğursuzluqla üzləşəcək bürclər bunlardır:
Buğa (21 APREL-20 MAY)
Buğa bürclərinin eşq həyatında problemlər yarana bilər. Tərəfdaşları ilə münaqişəyə girə bilərlər.
Veneranın geriləməsinin mənfi təsirlərinə baxmayaraq ortaya çıxa biləcək problemləri həll etmək üçün Buğa bürclərinin ünsiyyət yönümlü olması faydalıdır.
ŞİR (23 İYUL-22 AVQUST)
Şirlər bu dövrdə özünə inamla bağlı problemlər yaşaya bilər. Şirlər bu mərhələni rahat keçmək üçün qorxunu bir kənara qoymalıdırlar. Venera retrogradı zamanı çətinliklərin öhdəsindən gəlmək üçün arxayın olmalıdırlar.
Əqrəb (24 OKTYABR-22 NOYABR)
Əqrəb bürcü, karyera hədəflərinə görə özlərini sorğuladıqları bir dövrə girəcəklər. Bu dövrdə Əqrəblər öz düşüncələrini və ideallarını yaxşı ayırd etməli və buna uyğun hərəkət etməlidirlər.
Xəyalə Rza
















