Avropa ölkələrinin liderləri mayın 9-da Kiyevə getməkdən imtina ediblər.
Bakıvaxtı.az xəbər verir ki, belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Moskvada Qələbə Paradına qarşı olaraq Avropa liderlərini ölkəsinə dəvət etmişdi.
Polşanın baş naziri Donald Tusk müdafiə sazişi imzalamaq üçün Emmanuel Makronla görüşmək üçün Fransaya gedəcək, Britaniya lideri Key Starmer Osloda keçiriləcək müdafiə sammitində iştirak edəcək, Almaniyanın gələcək kansleri Fridrix Merts isə hökuməti təsdiqlənənə qədər Ukraynaya getməyəcək.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas Qələbə Paradı üçün Moskvaya getmək istəyən liderləri hədələyərək bunun ağır nəticələrinin olacağını demişdi.