• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Avropa ölkələrində inflyasiya rekord həddə çatdı

CƏMİYYƏT

12 Avqust 2022 | 21:45

Avropa ölkələrində inflyasiya rekord həddə çatdı

İyul ayında Fransa və İspaniyada illik səviyyədə istehlak qiymətləri, demək olar ki, 40 il ərzində rekord səviyyəyə yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, Fransada inflyasiya 6,1 faiz, İspaniyada isə 10,8 faiz artıb.

Fransada enerji daşıyıcılarının qiymətləri il ərzində daha çox bahalaşıb - iyunda 33,1 faizdən sonra 28,5 faiz artıb.

Həmçinin ölkədə mənzillərin qiyməti xeyli artıb (iyulda 4,6 faizə qarşı iyulda 16,4 faiz). Nəqliyyat qiymətləri keçən aydakı 3,4 faizdən 11,7 faizə, ərzaq qiymətləri isə iyunda 5,8 faizdən 6,8 faizə qalxıb. Ölkədə aylıq ifadədə inflyasiya 0,3 faiz təşkil edib.

Eyni zamanda, İspaniyada bahalaşma ən çox enerji qiymətləri (41,4 faiz) və yanacağa (34,3 faiz) təsir edib.

Mənzillər (23 faiz), nəqliyyat (16,2 faiz), ərzaq və alkoqolsuz içkilər (13,5 faiz) də kəskin bahalaşıb. Aylıq əsasda iyulda ölkədə qiymət artımı 0,6 faiz təşkil edib.(oxu.az)


SON XƏBƏRLƏR

19 Aprel 2024