• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Avroviziya”nın qalibi ilə bağlı maraqlı detallar

MƏDƏNİYYƏT

15 May 2022 | 17:17

“Avroviziya”nın qalibi ilə bağlı maraqlı detallar

“Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olmuş Ukraynanın “Kaluş Orkestri” qrupunun ölkəni necə tərk etməsi ilə bağlı detallar məlum olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, kişilərdən ibarət qrup musiqi yarışmasında Ukraynanı və Ukrayna mədəniyyətini təmsil etmək üçün ölkəni tərk etməyə görə xüsusi icazə alıb.

Faktiki olaraq qrup üzvlərindən biri – Oleq Psiuk döyüşmək üçün ölkədə qalıb, digərləri isə iki gün ərzində müvəqqəti çıxış icazələrinin müddəti bitdikdən sonra Ukraynaya qayıdacaqlar.

Psiuk İtaliyaya getməzdən əvvəl müharibənin əvvəlində yaratdığı və ehtiyacı olan insanlar üçün nəqliyyat və sığınacaq tapmaq üçün sosial mediadan istifadə edən könüllülər təşkilatını idarə edir.

O, “Nə edəcəyimi söyləmək çətindir, çünki “Avroviziya”da ilk dəfə qalib gəlirəm. Ancaq hər bir ukraynalı kimi mən də sona qədər döyüşməyə hazıram” deyib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026