Naxçıvanda avtomobil 7 yaşlı uşağı vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayon Nehrəm qəsəbəsində qeydə alınıb.
Belə ki, avtomobil qəsəbə sakini, 2017-ci il təvəllüdlü Əliyev Nəsrullah Həsən oğlunu vurub. İlk olaraq, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkən, sonradan Bakı şəhərinə aparılıb və xəstəxanaların birinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.