• Bakı 10° C

    5.05 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Avtomobildən 38 min manatlıq qızıl oğurlanıb

HADİSƏ

07 Dekabr 2023 | 10:41

Avtomobildən 38 min manatlıq qızıl oğurlanıb

Bakıda avtomobildən xeyli miqdarda qızıl oğurlanıb.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR