• Bakı 12° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.9097

    RUB - 2.0796

Cəlilabadda qəza: yaralılar var

HADİSƏ

05 Yanvar 2024 | 22:05 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda qəza: yaralılar var

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ 2107 markalı minik avtomobili yolun kənarında, dayanmış vəziyyətdə olan “Qazel” markalı yük avtomobilinə çırpılıb.

Hadisə nəticəsində Cəlilabad rayon sakinləri olan iki nəfər xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Musayev Fərid Qərib oğlu ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR