• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Avtomobillərdən pul oğurlayan 2 nəfər saxlanılıb

CƏMİYYƏT

20 Yanvar 2023 | 20:29 | Müəllif: Subhan Mahmudov

Avtomobillərdən pul oğurlayan 2 nəfər saxlanılıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan 2 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, yanvarın 19-da "Toyota" markalı bir avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuşlar - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026