• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

“Ayanda İlhamə Quliyeva kimi təkəbbür yaranıb” - Nadir

ŞOU

08 Oktyabr 2024 | 15:58

“Ayanda İlhamə Quliyeva kimi təkəbbür yaranıb” - Nadir

Müğənni Nadir Qafarzadə duet ortağı Ayan Babakişiyevanı sualı ilə tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, Nadir “Xəbərin var?” maqazin verilişi vasitəsi ilə Ayana “Son zamanlar Ayan xanım özünü mərhum Xalq artisti İlhamə Quliyeva kimi aparır. Onda təkəbbür yaranıb. Təkəbbürlü danışmaqlar… Nə baş verir? Ayan xanım deyin, bizdə bilək” sualını ünvanlayıb.

Qafarzadənin bu suallından əsəbiləşən Babakişiyevanın cavab reaksiyası belə olub:

“Deyəsən, hamı birləşib düşüblər üstümə (gülür). Nadir xasiyyətimə bələd insandır. Onun xasiyyətimi bilə-bilə bu sualı verməyinin heç yeri yoxdur. Nadir bilir ki, mən necə zarafatı sevən insanam. Hər bir zarafatda da bir həqiqət var”.

Daha sonra üz ifadəsini 180 dərəcə dəyişən Ayan Nadirə İlhamə Quliyevanın sağ ikən tez-tez istifadə etdiyi “Bacarmırsan, bacararsan...” sözlərini ünvanlayıb. (olay)

 


SON XƏBƏRLƏR