• Bakı C

    2.53 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Elariz ABŞ-dakı seçkilərə getdi, amma səs verə bilmədi

ŞOU

06 Noyabr 2024 | 13:25

Elariz ABŞ-dakı seçkilərə getdi, amma səs verə bilmədi

Müğənni Elariz Məmmədoğlu da xanımı ilə birgə ABŞ-da keçirilən prezident seçkilərinə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə paylaşdığı videoda qeyd edib.

"Günəşli bir Amerika günü. 5 noyabr 2024-cü il. Bu gün xanımımla birgə səsverməyə gedirik. Lakin mən səs verməyəcəm, çünki Amerika vətəndaşlığım yoxdur. Amma xanımım artıq Amerika vətəndaşı olduğu üçün səs verəcək. Görək, necə olur",-deyə müğənni qeyd edib.

Xatırladaq ki, illər əvvəl Elariz Məmmədoğlunun xanımı “Green card” udub. Bundan sonra müğənni ailəsi ilə birgə okeanın o tayına, Amerikaya köçüb. Musavat.com


SON XƏBƏRLƏR