• Bakı 16° C

    12.62 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Aybəniz Haşımovanın qardaşı HƏBS EDİLDİ

CƏMİYYƏT

21 Fevral 2024 | 22:46

Aybəniz Haşımovanın qardaşı HƏBS EDİLDİ

Quba polisi xüsusi əməliyyat keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Həşimov Şaiq Həsən oğlu tutulub.

O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

Küllü miqdarda pullarını alaraq dələduzluq edib.Şaiq Həşimov Polis şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov Xalq artisti Aybəniz Haşımovanın qardaşıdır./metbuat.az


SON XƏBƏRLƏR

21 Aprel 2024
20 Aprel 2024