• Bakı 25° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.7918

    RUB - 0.0311

"Aygün Kazımova nə savabım, nə də günahımdır" - Namiq Qaraçuxurlu

MƏDƏNİYYƏT-ŞOU

23 Iyun 2022 | 12:29

Aygün Kazımova nə savabım, nə də günahımdır - Namiq Qaraçuxurlu

Meyxanaçı Namiq Qaraçuxurlu "O kimdir" proqramında qonaq olub.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi verilişdə Xalq artisti Aygün Kazımovayla bağlı sualları cavablandırıb. Qaraçuxurlu Kazımova ilə illər əvvəl duet oxuduğu üçün onu qınayanlara belə cavab verib:

"Əslində fəxr edirəm. Birlikdə başlayanda qınaq çox olurdu. Bu gün sevinirəm ki, düşündüyümüz hədəfə çatmışıq. O qınayanlar artıq duetimiz üçün darıxırlar".

Meyxanaçı A.Kazımovayla ayrılıq səbəbini açıqlamaq istədəyini, lakin daha sonra bu fikrindən daşındığını da bildirib:

"Ayrılığımız barədə isə danışa bilmərəm. Bəzən hirslənmişəm, demişəm açıqlayacağam. Öz-özümə danışıb, sonra özümə nifrət etmişəm. Bir kişinin belə şeyləri insanlar içində danışması doğru deyil. O, açıqlamanı məndən eşidən insanlar da, deyəcək ki, yaraşmadı, niyə belə danışdın. Amma vaxt gələcək özüm haqda sənədli film çəkəcəyəm, orada hər şey bilinəcək. Hələ ki, 43 yaşım var. Bu, 60 yaşımdan sonra olacaq".

Sənətçi aparıcının "İllər əvvəl müsahibələrinizin birində "Aygün xanım ən böyük savabımdır demişdiniz. İndi həmin savab günaha çevrilibmi" sualına isə belə cavab verib:

"Aygün xanım nə savabım, nə də günahımdır. Bir insan səninlə birlikdə olanda xoşbəxtdirsə, təbii ki, buna savab demək olar. Amma müvəqqəti olduğuna görə ona bir ad qoya bilmirəm. Şəxsi münasibətlərimiz keçmişdir, amma duetlərimiz əbədidir. Düşünürəm ki, gələcəkdə də ola bilər. Aygün 1 nömrə ulduzdur və onun yerini deut baxımından təbii ki, heç kim verə bilməz. Bu yaxınlarda da mənimlə duet oxumaq üçün efir vasitəsiylə müraciət edib. Yaxşı bir iş olarsa, oxuyacağıq".


SON XƏBƏRLƏR