• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

AZAL- dan Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə MÜRACİƏT

CƏMİYYƏT

20 Dekabr 2022 | 13:51

AZAL- dan Bakı-Naxçıvan-Bakı reysinin sərnişinlərinə MÜRACİƏT

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı maşrutu üzrə 255/257 və 256/258 nömrəli reysləri üçün sərnişinlər bu gün hava limanına yaxınlaşmalıdırlar.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumata görə, Bakıdan uçuşlar saat 14:20, 15:00 və 17:10-da, Naxçıvandan isə uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

"AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq. Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək", - aviaşirkət bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026