• Bakı 5° C

    2.04 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

AZAL-dan Qurban bayramı münasibətilə ENDİRİM AKSİYASI

CƏMİYYƏT

27 Iyun 2023 | 17:24 | Müəllif: Qalib İbrahimoğlu

AZAL-dan Qurban bayramı münasibətilə ENDİRİM AKSİYASI

“Azərbaycan Hava Yolları” Qurban bayramı münasibətilə aviabiletlərə 20% güzəşt təqdim edir.

AZAL-ın mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, endirimli aviabiletləri 28 iyun-2 iyul tarixləri aralığında əldə etmək mümkündür. Təklif aviaşirkətin bütün istiqamətləri üzrə 2023-cü il 20 sentyabr-20 dekabr daxil olmaqla mövcud olan bir tərəfə və ya gediş-gəliş aviabiletlərinə şamil olunur.

Aviaşirkətin bu təşəbbüsü sayəsində sərnişinlər payız tətilini öncədən planlaşdıra biləcəklər.

20% güzəşt çarter, kod-şerinq və Tel-Əviv reysləri istisna olmaqla, AZAL-ın bütün reyslərinə şamil edilir.

Endirimli aviabiletləri kassalarda və ya “Azərbaycan Hava Yolları”nın akkreditə olunmuş agentliklərində, həmçinin [email protected] elektron poçtu vasitəsilə çağrı mərkəzinə müraciət edərək əldə etmək mümkündür.

AZAL dünya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edir, möhkəm cansağlığı və əmin-amanlıq, həmçinin edilən duaların qəbul olunmasını və arzuların həyata keçməsini arzulayır.

Qurban bayramınız mübarək olsun!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026