• Bakı 23° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

AZAL-ın Bakı-İstanbul-Bakı reysi ləğv edildi - YENİLƏNİB

CƏMİYYƏT

24 Yanvar 2022 | 21:23 | Müəllif: Qalib İbrahimoğlu

AZAL-ın Bakı-İstanbul-Bakı reysi ləğv edildi - YENİLƏNİB

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-İstanbul-Bakı (J2 077/078) axşam reysi İstanbulda yağan güclü qar səbəbindən ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, ləğv edilmiş reysin sərnişinləri sabah səhər reysinin (J2 075/076) sərnişinləri ilə birlikdə geniş füzelyajlı təyyarə ilə yola düşəcəklər. 

***

17:8

AZAL-ın İstanbul-Bakı reysi gecikir.

Bu barədə Bakıvaxtı.az-a AZAL-dan bildirilib.

Verilən məlumata buna səbəb İstanbulda əlverişsiz hava şəraitidir.

Hazırda reysin sərnişinləri sərnişin terminalının daxilindədir və qida və alkoqolsuz içki ilə təmin olunacaqlar.

"İstanbul hava limanının icazəsi olan kimi təyyarə İstanbuldan yola düşəcək", - deyə məlumatda bildirilir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026