• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

AZAL və "Buta"nın rəsmi saytlarında PROBLEM

CƏMİYYƏT

31 May 2022 | 12:45

AZAL və "Buta"nın rəsmi saytlarında PROBLEM

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan Bakıvaxtı.az-a verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

“Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”, - məlumatda qeyd olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026