• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

İDMAN

30 May 2024 | 01:15 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu

Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, öncə 3-cü yer uğrunda “Qaradağ” və “Xırdalan” klubları arasında oyuna start verilib. Qarşılaşma “Xırdalan” klubunun 51-49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Final görüşündə isə “Neftçi” və “Azstars” klubları üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş “Neftçi” sonda 93-29 hesablı rahat qələbəyə sevinib.

Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) “Neftçi” klubundan Angelina İsmayılova seçilib.

Bununla da “Neftçi” ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb. Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026