• Bakı 28° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Azərbaycan bayrağı Ağdərənin girişində

Gündəm

24 Sentyabr 2023 | 20:12

Azərbaycan bayrağı Ağdərənin girişində

Azərbaycan hərbçilərinin Ağdərədə olmasını əks etdirən görüntülər yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, fotolardan biri ermənilərin "Mardakert" adlandırdığı keçmiş Ağdərə rayonunun girişində lentə alınıb.

Rayon girişində Azərbaycan bayrağının asılması da fotoda öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb.

Əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.


SON XƏBƏRLƏR

17 Iyun 2024