• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan beynəlxalq müstəvidə hüquqlarını necə qorusun?

SİYASƏT

23 Fevral 2023 | 16:31 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan beynəlxalq müstəvidə hüquqlarını necə qorusun?

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddianı və Ermənistan Azərbaycan ərazisində minalar yerləşdirilməsi ilə bağlı şikayəti təmin etməyib. Bununla yanaşı, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Xankəndi - Laçın yolundakı aksiyanı hökümətin təşkili ilə bağlı Ermənistanın qaldırdığı iddianı rədd edib.

Azərbaycan beynəlxalq müstəvidə hüquqlarının qorunması istiqamətində nə etməlidir?

Politoloq Əziz Əlibəyli Bakıvaxtı.az-a bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına baxdıqda onların məcburi xarakter daşımadığının şahidi oluruq:

“Bu, bizə imkan verir ki, bütövlükdə beynəlxalq hüququn ümumi vəziyyətini dəyərləndirək. Yəni Beynəlxalq Ədalət Məhkəməsi bütövlükdə dünyada əhalinin hüquqi vəziyyəti ilə bağlı yaradılan orqandır. Onun qərar verməsi iki istiqamətdə mümkündür. Birinci yol, Beynəlxalq Ədalət Məhkəməsinin iclasında verilən qərarlardır, ikincisi isə məhkəmə qərargahının hazırladığı təfərrüatla bağlı məruzələrdir.yəni qərarlar geniş spektr mövzuları əhatə edir. Maraqlıdır ki, həm Azərbaycanın, həm də Ermənistanın bu quruma rəy almaqla bağlı müraciəti əsasında, məhz həmən iki məsələ gündəliyə çıxarılıb. Şübhə yoxdur ki, geniş spektrlı fəaliyyət dedikdə də biz onu insan haqları, dövlət sənədləri, o cümlədən münaqişələrin həlli nəzərdə tutulur”.

Ekspert bildirib ki, yeni qərarlar isə, ümumiyyətlə, hüquqi sistemlərdə hansısa dəyişikliyə səbəb ola bilər:

“Tutaq ki, daxili qanunvericilik ya Ermənistanın, ya Azərbaycanın beynəlxalq hüquq standartına uyğun deyil, münaqişələrin həlli və insan haqlarının pozulması ilə bağlı hansısa detalla müşayət edilə bilər. Belə olan halda tövsiyə xarakteri daşıyır ki, bunu daxili hüquqi interperetasiyada nəzərə alsınlar. Qurumun özünün qərarları isə məcburi deyil və hökümətlərə qarşı yox, insanlara qarşı fəaliyyət göstərir. Lakin biz gördük ki, Ermənistan Azərbaycanın qaldırdığı iddianı qəbul eləməməklə yanaşı, isbat olunmuş minaların daşınması ilə bağlı faktı da görməzdən gəldi”.

Onun spzlərinə görə, bu məhkəmənin qərarlarından ciddi bir nəticənin gözlənilməsi mümkün deyil. Politoloqa görə, sadəcə Azərbaycan çalışırdı ki, beynəlxalq miqyasda qlobal erməniçiliyin yaratdığı informasiya müharibəsinin qarşısında, bununla bir baryer yaratsın:

"Lakin Beynəlxalq Ədalət Məhkəməsi də gözlənilən qərarı vermədi. Nəticə olaraq, bizim Ermənistanla aramızda olan gərgin münasibətimiz davam edəcək. Beynəlxalq strukturlara çıxmış Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı hüquqi dəyərləndirmələrdən belə görünür ki, heç də ədalətli deyil. Beləliklə, Azərbaycana qarşı hüquqi hücumların olmasını dəyərləndirmək mümkündür”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026