"Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlər zəngin ənənələri və əməkdaşlığın inkişafı üçün böyük potensialı ilə seçilir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi növbəti brifinqdə bildirib .
Tədbir zamanı müxbirlər ondan Azərbaycan prezidenti İlham Əliyevin Moskvaya səfərini şərh etməyi xahiş ediblər.
Media işçiləri Rusiya lideri Vladimir Putinin Azərbaycana bu qədər yaxından diqqətinin nə ilə izah olunduğunu soruşublar.
“Çünki Azərbaycan bizim böyük qonşumuz, dostumuz, tərəfdaşımız və müttəfiqimizdir. Həqiqətən də bizim çoxlu ümumi maraqlarımız var. Bizim əməkdaşlıq üçün böyük potensialımız və ən əsası, ikitərəfli münasibətlərimizin zəngin ənənələri var”.
Peskov əlavə edib ki, Moskva və Bakının əlaqələri daha da gücləndirmək üçün siyasi iradəsi var.
Mina Mikayılova
Bakı 




