• Bakı C

    8.67 m/s

Azərbaycan cüdoçusu qızıl medal qazanıb

İDMAN

15 Fevral 2025 | 19:46

Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Tçkayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Kanadanı təmsil edən Fransua Qotye Drapönü məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

73 kiloqramda Rəşid Məmmədəliyev həlledici qarşılaşmada dünya ikincisi olan yaponiyalı cüdoçu Tatsuki İşiharaya uduzaraq gümüş mükafata yiyələnib.

Eyni çəkidə mübarizə aparan Vüsal Qələndərzadə isə üçüncü yer uğrunda gənclər arasında dünya çempionu digər Yaponiya idmançısı Ryuqa Tanakanı üstələyərək bürünc medala sahib çıxıb.


SON XƏBƏRLƏR

18 Fevral 2025