• Bakı 22° C

    6.67 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Azərbaycan dövlət başçısından Serbiya prezidentinə TƏBRİK

SİYASƏT

05 Aprel 2022 | 16:13 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan dövlət başçısından Serbiya prezidentinə TƏBRİK

Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.

Bakıvaxtı.az xəbər verir ki, məktubda deyilir:

“Serbiya Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan-Serbiya əlaqələri uğurla inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, strateji tərəfdaşlığımızın və qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqının rifahı naminə ali fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR