• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib

CƏMİYYƏT

31 May 2023 | 10:32

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib

"Global StartupBlink qurumu 2023-cü il üçün növbəti hesabatını açıqlayıb. Global Startup Ecosystem Reytinqinə görə, Azərbaycan 2023-cü ildə bir pillə irəliləyərək 100 ölkə arasında 84-cü yerdə qərarlaşıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Ekspert vurğulayıb ki, Bakı şəhəri isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib: "Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 4 pillə irəliləmişdi, 2021-ci ildə 19 pillə geriləmişdi. Hesabatdan görünür ki, artıq iki ildir, ASAN StartupBlink qurumu ilə partnyorluq edir. Adıçəkilən hesabatda da Azərbaycanda ekosistemin inkişafında ASAN-ın xüsusi rolu qeyd edilib. Azərbaycandan bir xeyli startaplar və ekosistem iştirakçıları bu qurumun bazasına daxil edilib. Amma buradan görmək olar ki, Azərbaycanın ən böyük startap xəritəsi olan STARTUP.AZ bazasındakı bir çox startaplar, o cümlədən startap şəhadətnaməsi alanların bir çoxu StartupBlink -də yoxdur. Adıçəkilən reytinqdə qonşu ölkələrin vəziyyəti bizimlə müqayisədə daha yaxşıdır Məsələn, startap ekosistemin inkişafına görə cari ildə Gürcüstan 2 pillə irəliləyərək 71-ci yeri, Ermənistan 3 pillə irəliləməklə 57-ci yeri qazanıblar".

O.Gündüz qeyd edib ki, StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət, Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır: "Ötən bir il ərzində sektorda ekosistemin inkişafına təkan verəcək bir neçə mühüm addımlar atılıb. Düşünmək olar ki, son zamanlarda ölkəmizin startap ekosistemində həyata keçirilən bəzi müsbət addımlar bu reytinqə nəzərə alınmayıb. Bununla belə, güman ki, qonşu ölkələr, digər ölkələr də "yatmayıblar" və bu sahəyə ciddi yatırımlar edirlər. Səlahiyyətli qurumlar səylərini birləşdirərək daha ciddi proqramlara diqqət yetirməli, investisiya mühitini yaxşılaşdırmalı və startaplara dəstəyi gücləndirməlidirlər. Ümid edirəm, ölkəmizdə startap ekosistemin inkişafına cavabdeh olan RİNN, ASAN və KOBİA bu Hesabatla bağlı rəsmi açıqlamalar verəcəklər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR