• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Azərbaycan Ermənistanı İrana güzəştə gedə bilməz

SİYASƏT

15 Avqust 2022 | 15:57

Azərbaycan Ermənistanı İrana güzəştə gedə bilməz

“Azərbaycan Ermənistanı İrana güzəştə gedə bilməz”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin formalaşdırdığı tezislər bir sıra amillərə imkan verdi:

“Sözügedən tezislər Qarabağ üzərindən xarici siyasət xətti, daxili suverenliyin möhkəm bərpası, xarici siyasətdə yeni kursu, bölgədə iqtisadi əməkdaşlıq forması, dəhlizlər diplomatiyasını işə saldı. Amma bir qızıl qayda var ki, qalib gəlmisənsə, bunu hərbi yolla etmisənsə, alternativ nə beynəlxalq hüquq deyil, nə də sülh reallıqları deyil. Çünki sülh çağırışları açıqlamalar qədər missiyaya malikdir. Mütləq hərbi gücün iqtisadi - siyası diqtəyə və ya əksinə əsaslanmasi mühümdür”.

Ə.Əlibəyli bildirib ki, ən azından, hər cür məğlubiyyətə baxmayaraq, mübarizə apardığımız cəmiyyət bütün hallarda revanşist əhvaldan imtina etmirlər:

“Proseslərin bura qədərki mərhələsini hər kəs bilir. Məsələ ondan ibarətdir ki, Əliyevin yeni diplomatiyası dəyişən regional və qlobal reallıqlara əsaslanır. Bölgə isə bu ideyaların arxasınca gəlməyə çalışır. Əlbəttə, daşlaşmış, zorən formalaşmış işğal əsaslı yanaşmalar son 30 il üçün xüsusi qaydalar yaratsa da, 10 noyabr qalibiyyəti bu gedişatı dəyişdi. İndi masada Ermənistan məsələsi var: İştirakçı kimi deyil, özlərinin yanaşması kimi. Birinci detal; Ermənistan müharibəyə qədər formalaşdırdığı idarəetmə, yaşam psixologiyası işğal əsasında yaranan standartlara söykənib. İkinci detal; Azərbaycan torpaqlarının işğal edilməsi və 30 illik dövr Cənubi Qafqazda özünəməxsus davranış çoxluğu formalaşdırıb”.

Politoloq qeyd edib ki, müharibədən sonra erməni cəmiyyətinin daşları yeridən oyandı, cəmiyyəti təşkil edən strukturun detalları dağıldı və erməni sosiumunun davamlılığı pozuldu - başqa sözlə, "ictimai müqavilə"nin tərəfləri arasında kəskin parçalanma meydana çıxdı:

“Digər detallara görə isə məsələn, 30 ildə bölgənin işğal altında olmasından fayda görən beynəlxalq narkotik ticarəti, silah qaçaqmalçılığı, qeyri - qanuni məskunlaşma, vəhşicəsinə istismar baş aldı getdi və konkret bölgə ölkəsi - İran bu prosesdə əsas rol oynadı. İndi ortaya çıxan palitraya görə, artıq masaya Ermənistan məsələsi çıxarılıb ki, bunun səbəbi də biz deyil, özləridir. Lakin incə bir məqam var: Biz dədə - baba torpaqlarımıza qayıtmalıyıq. Artıq Azərbaycan xalqında torpaqlarına qayıdış instinkti formalaşmağa başlayıb - bütün tarixi torpaqlarımıza qayıdış tarixi missiyaya çevrilir. Bu Qarabağ deyil ən əsası”.

Ə.Əlibəylinin sözlərinə görə, İran konfiqurasiya dəyişikliyini hər gün həzm edə bilmədiyini bəyan edir:

“Ortada qəribə bir görünüş var: Ermənistan masada əriyir. Açıq formada İran bunu qəbul etməyəcəyini, konkret Ermənistanın sahibi olduğunu bəyan edir. Azərbaycan isə tarixi torpaqlarına qayıdışı səsləndirir. Yəni məntiqlə Azərbaycan Ermənistani İrana güzəştə gedə bilməz, artıq mübarizə o mübarizədir”.

Nuranə Daxilqızı

 


SON XƏBƏRLƏR

25 Aprel 2024