• Bakı 25° C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycan Gürcüstana oksigenlə təchizatda kömək edir

GÜNDƏM

24 Avqust 2021 | 21:10 | Müəllif: Subhan Mahmudov

Azərbaycan Gürcüstana oksigenlə təchizatda kömək edir

Azərbaycan və Türkiyə Gürcüstana koronavirus xəstələri üçün oksigen təchizatında kömək edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya brifinq zamanı bəyan edib.

O bildirib ki, ölkənin İqtisadiyyat və Xarici İşlər nazirlikləri Gürcüstanın oksigenlə fasiləsiz təchizatı üçün fəal şəkildə çalışır.

Nazir müavininin sözlərinə görə, hazırda Gürcüstan xəstəxanalarında 7,4 min pasiyent müalicə olunur və onların 70%-i oksigendən asılıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR