• Bakı 10° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkiləcək"

GÜNDƏM

23 Sentyabr 2021 | 19:38 | Müəllif: Subhan Mahmudov

Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkiləcək"

Əgər cənab Vladimir Putin dövlət xadimi keyfiyyətlərini tam mənasında ortaya qoymasaydı, Azərbaycandan Türkiyəyə yol çəkilməzdi.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da türkiyəli jurnalistlərə müsahibəsində deyib.

"Putin dövlət xadimi kimi tam mənasında və qərarlı şəkildə keyfiyyətlərini nümayiş etdirdiyinə görə, müsbət şəkildə öz ərazimizə çıxmaq şansı əldə etdik. Hazırda Azərbaycanda gərgin fəaliyyətimiz davam edir. Məsələn, cənab Prezident İlham Əliyev istədiyi vaxt, istədiyi formada Putinlə danışır, görüşür. Çox qısa zamanda əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik", - Ərdoğan bildirib.

Türkiyə Prezidenti qeyd edib ki, İğdırdan Azərbaycana yol çəkiləcək:

"Bura dəmir yol xətləri də daxildir. Bu yolun çəkilməsi çox önəmli bir addım olacaq".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR