• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan İraqla bir neçə sənəd imzalayıb

SİYASƏT

07 Dekabr 2023 | 17:41

Azərbaycan İraqla bir neçə sənəd imzalayıb

Azərbaycanla İraq arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, imzalanma İraqa səfər çərçivəsində baş tutib. Səfər zamanı Azərbaycan və İraqın dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.

"İraqa səfər çərçivəsində bu ölkənin kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdük. İki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışdıq. Ölkəmizdə xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verdik. Daha sonra Azərbaycan və İraq arasında Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etdik", - deyə nazir qeyd edib.


Azərbaycan İraqla bir neçə sənəd imzalayıbAzərbaycan İraqla bir neçə sənəd imzalayıbAzərbaycan İraqla bir neçə sənəd imzalayıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026