• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan İssık-Kul gölü sahilində hotel tikəcək - FƏRMAN

CƏMİYYƏT

21 Noyabr 2023 | 13:33

Azərbaycan İssık-Kul gölü sahilində hotel tikəcək - FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında İssık-Kul gölünün sahilində beşulduzlu mehmanxananın tikintisi üzrə investisiya qoyuluşu haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb. 

Bakıvaxtı.az xəbər verir ki, saziş oktyabrın 12-də Bişkek şəhərində imzalanıb. 

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Prezidentinin İşlər İdarəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026