• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Azərbaycan klublarının Avropa kubokundakı rəqibləri bilindi

İDMAN

15 Iyul 2025 | 15:40

Azərbaycan klublarının Avropa kubokundakı rəqibləri bilindi

Həndbol üzrə Avropa kuboku turnirində iştirak edəcək Azərbaycan klublarının rəqibləri müəyyənləşib.

Azərbaycan Həndbol Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, qadınların yarışında ölkə çempionu “Azəryol” ikinci təsnifat mərhələsində Avstriyanın “Yunion Kornoyburq” komandası ilə qarşılaşacaq.

Çempionatın bürünc mükafatçısı “Kür” isə Portuqaliyanın “San-Pedru-du-Sul” klubuna rəqib olub. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.

Kişi həndbolçuların turnirində isə Azərbaycan çempionu “Kür” Macarıstanın “Balatondyured” və Türkiyənin “Beykoz” komandalarının duelinin güclüsü ilə qarşılaşacaq. “Bakı” isə Şimali Makedoniyanın “Orxid” klubu ilə üz-üzə gələcək. Hər iki komanda mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu raundun ilk görüşləri oktyabrın 11-12-də, cavab matçları isə 18-19-da təyin olunub.


SON XƏBƏRLƏR