• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli

İDMAN

21 Noyabr 2023 | 11:35

Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyun cədvəli

Futbol üzrə Azərbaycan Kubokunda 2023/2024-cü illər mövsümünün II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşib.

Bakıvaxtı.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu raundun qarşılaşmaları iki günü əhatə edəcək.

Qeyd edək ki, “Lerik”, “Kür-Araz” və “Şəfa” klubları Əsasnamə tələbinə əsasən ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar PFL-ə rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar. Qərara əsasən, “Lerik” “Sumqayıt”ı, “Şəfa” “Səbail”i, “Kür-Araz” isə “Araz-Naxçıvan”ı rəqibin meydanında qəbul edəcək.

Azərbaycan Kuboku

II təsnifat mərhələsi

28 noyabr (çərşənbə axşamı)

13:30. “Karvan” – “Difai Ağsu”

Yevlax şəhər stadionu

13:30. “Araz Saatlı” – “İrəvan”

Saatlı Olimpiya İdman Kompleksinin stadionu

13:30. MOİK – “Cəbrayıl”

Binə qəsəbə stadionu

15:00. “Şəfa” – “Səbail”

“ASCO Arena”

17:00. “Turan Tovuz” – “Göygöl”

Tovuz şəhər stadionu

29 noyabr (çərşənbə)

13:30. “Şahdağ Qusar” – “Qaradağ Lökbatan”

Şamaxı Olimpiya İdman Kompleksinin stadionu

13:30. “Kəpəz” – “Baku Sportinq”

Tovuz şəhər stadionu

13:30. “Zaqatala” – “Şamaxı”

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu

13:30. “İmişli” – “Mingəçevir”

İmişli şəhər stadionu

15:00. “Kür-Araz” – “Araz-Naxçıvan”

“Dalğa Arena”

18:00. “Lerik” – “Sumqayıt”

“Kapital Bank Arena”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026