• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurdu

İDMAN

06 Sentyabr 2022 | 22:12 | Müəllif: Subhan Mahmudov

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurdu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Bakıvaxtı.az-ın məlumatına görə, rəqib Bosniya və Herseqovina yığması olub. “Dalğa Arena”da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 10 xalla 2-ci sıradakı mövqeyini qoruyub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR