• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan quru sərhədlərini açır - TARİX MƏLUM OLDU

CƏMİYYƏT

12 Aprel 2022 | 12:29 | Müəllif: Subhan Mahmudov

Azərbaycan quru sərhədlərini açır - TARİX MƏLUM OLDU

Mayın 1-dən etibarən Azərbaycan digər ölkələrlə quru sərhədlərini açır.

Sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq. Uzun müddət idi ki, deputatlar da hökumətə bu barədə çağırışlar edirdi.

Bəzi ölkələr Azərbaycanla quru sərhədlərini açsa da, ölkəmiz geri addım atmırdı. Baxmayaraq ki, uzun müddətdir ki, ölkənin epidemioloji durumunda sabitlik müşahidə olunur.

Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərgahdan bu dəfə də cavab ala bilmədik.

Bakıvaxtı.az bildirir ki, Milli Məclisin üzvü Musa Quliyevin Bizim.media-ya dediyi sözlərinə görə, quru sərhədlərin açılması məsələsində ləngiməyin bir adı yoxdur: Deputat quru sərhədlərin turizm mövsümü ərəfəsində açılmasını vacib hesab edir:

"Azərbayacana gələn istər xarici vətəndaşlar, istərsə də Rusiya və digər ölkələrdə yaşayan həmvətənlərimiz öz işlərini planlamalıdırlar. Nəhayət ki, quru sərhədlri açmaq və nəzarəti yumşaltmaq lazımdır. Türkiyədən gələn vətəndaşlarımızdan mütləq test tələb olunur, test nəticəsi olmayanı təyyarəyə buraxmırlar. Testi elə Bakıda etmək lazımdır. Onun bizə nə xeyri var? Nümunə elə Bakıda götürülsün, nəticə pozitiv çıxacaqsa, burada da nəzarətə götürülsün. Bu prosedurları bir qədər yüngülləşdirmək lazımdır".

Qeyd edək ki, quru sərhədlər vətəndaşlarımızın üzünə 2020-ci ilin martından etibarən bağlıdır və səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026